“Qarabağ” əsas legionerlərindən olan Abdulla Zubirə yeni müqavilə təklif edib.
Türkiyə və Fransa klublartından ciddi təkliflər alan təcrübəli yarımmüdafiəçi hələ gələcək karyerası ilə bağlı yekun qərarı verməyib. Hazırda futbolçu ilə danışıqlar davam edir. Razılıq əldə olunsa, Fransa vətəndaşlığı olan futbolçu yeni 3 illik müqavilə imzalanacaq. Qeyd edək ki, 2018-ci ildə “Qarabağ”ın şərəfini qoruyan Abdulla Zubirin klubla müqaviləsi gələn ilin iyun ayında başa çatacaq.